Bakı. 9 fevral. REPORT.AZ/ "İŞİD-lə mübarizə üçün yerli qüvvələr hazırlamaq lazımdır. Bu, əcnəbilərdən ibarət yerüstü qüvvələr göndərməkdən daha yaxşıdır".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Fevralın 10-11-nə planlaşdırılan NATO müdafiə nazirləri görüşü ərəfəsində mətbuat konfransı təşkil edən baş katib Şimali Atlantika Alyansının Suriyada İŞİD-lə mübarizə aparan dövlətlərə yardım etməyə hazır olduğunu bildirib.
Eyni zamanda, o vurğulayıb ki, alyansın bütün ölkələri İŞİD-ə qarşı mübarizə koalisiyasına daxil olsa da, NATO özü bir təşkilat kimi bu koalisiyaya daxil deyil.