NATO-nun Baş katibi Aİ ölkələrinin müdafiə nazirləri ilə görüşü ləğv edib

NATO-nun Baş katibi Aİ ölkələrinin müdafiə nazirləri ilə görüşü ləğv edib NATO Baş katibi Yens Stoltenberq Avropa İttifaqı (Aİ) müdafiə nazirlərinin bu gün Brüsseldə keçiriləcək iclasında iştirak etməyəcək, onun yerinə müavini Mirça Coane iclasa qatılacaq.
Digər ölkələr
17 May , 2022 13:55
NATO-nun Baş katibi Aİ ölkələrinin müdafiə nazirləri ilə görüşü ləğv edib

NATO-nun Baş katibi Yens Stoltenberq Avropa İttifaqı (Aİ) müdafiə nazirlərinin bu gün Brüsseldə keçiriləcək iclasında iştirak etməyəcək, onun yerinə müavini Mirça Coane tədbirə qatılacaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu onun görüşlərinin proqramına edilən dəyişikliklərdən görmək olar.

Hələlik Stoltenberqin iclasa qatılmayacağının səbəbləri barədə məlumat verilmir.

Xatırladaq ki, mayın 10-da NATO-nun Baş katibi Yens Stoltenberqin koronavirus testinin müsbət çıxdığı və evdən işləyəcəyi məlum olmuşdu. Bununla belə, onun karantin bitdikdən sonra Aİ-nin iclasında iştirak edəcəyi planlaşdırılırdı.

Bundan əvvəl Y.Stoltenberq həftəsonu Berlində keçirilmiş NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşə videobağlantı ilə qatılıb və iştirakçılara müraciət edib, mətbuat konfransına distant qaydada qatılıb.

Son xəbərlər

Orphus sistemi