NATO: "Müharibənin həlledici mərhələsinə qədəm qoyuruq"

NATO: "Müharibənin həlledici mərhələsinə qədəm qoyuruq" NATO Ukraynadakı müharibənin həlledici mərhələsinin vaxtını proqnozlaşdırıb.
Digər ölkələr
7 May , 2022 09:47
NATO: Müharibənin həlledici mərhələsinə qədəm qoyuruq

NATO Ukraynadakı müharibənin həlledici mərhələsinin vaxtını proqnozlaşdırıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Alyansın Baş katibinin müavini Mirça Coane “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

“Biz müharibənin həlledici mərhələsinə qədəm qoyuruq. Artıq həftələr qalıb. Biz müharibənin mümkün eskalasiyasını gözləmirik”, - o söyləyib.

NATO rəsmisi əmindir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı məğlubiyyətdən sonra Alyansa qarşı mübarizə aparmaq istəməyəcək.

Son xəbərlər

Orphus sistemi