Yuxarı
    Bağlamaq

    NATO komandanı: "Rusiyanın Suriyadakı qırıcıları alyans üçün təhlükəlidir"

    General Filip Bridlav: Bunlar İŞİD-lə mübarizə üçün nəzərdə tutulmayıb

    Bakı. 1 oktyabr. REPORT.AZ/ "Rusiyanın Suriyadakı Hava Hücumundan Müdafiə sistemi (HHM) İŞİD-lə mübarizə üçün nəzərdə tutlmayıb və həmin sistemlər NATO üçün təhlükədir".

    "Report" "RBK"-ya istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı qüvvələrinin baş komandanı general Filip Bridlav bildirib.

    Onun sözlərinə görə, Rusiyanın Suriyada "SA-15" və "SA-22" "Yer-Hava" tipli raket sistemi yerləşdirməsi, habelə "Su-30" qırıcıları NATO qüvvələri üçün potensial təhlükədir: "Suriyanın hava limanlarında biz bir neçə qabaqcıl Hava Hücumundan Müdafiə sietemlərini görmüşük. Bunlar İŞİD-ə qarşı mübarizə üçün nəzərdə tutulmayıb. Mən İŞİD-in elə bir təyyarəsinin görmədim ki, "SA-12" və "SA-22"-dən ona qarşı istifadəyə ehtiyac olsun".

    NATO-nun təsnifatına əsasən, "SA-15" taktiki zenit raket kompleksi "Top"-dur, "SA-22" quruda yerləşdirilən Rusiyanın Özüyeriyən Zenit Raket-Atıcı kompleksi "Pantsir-C1"-dir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi