NATO İraqdakı təlim missiyasını dayandırıb

NATO İraqdakı təlim missiyasını dayandırıb NATO İraqda yerli ordu üçün kadr hazırlığı üzrə missiyasının işini dayandırıb.
Digər ölkələr
4 Yanvar , 2020 17:52
NATO İraqdakı təlim missiyasını dayandırıb

NATO İraqda yerli ordu üçün kadr hazırlığı üzrə missiyasının işini dayandırıb.

"Report" xəbər verir ki, NATO-nun mətbuat xidməti TASS-a açıqlamasında ABŞ-ın hava hücumlarından sonra artan qeyri-sabitliyi səbəb göstərib. 

"NATO-nun İraqdakı təlim missiyasının işi dayandırılıb", - deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, NATO-nun İraqda yerli orduya təlim keçmək üçün qeyri-döyüş missiyası 2018-ci ilin oktyabrında Bağdadda başlayıb. Hazırda NATO-nun İraqdakı missiyasında alyans ölkələri və tərəfdaş ölkələrdən, o cümlədən İsveç və Finlandiyadan 500-dək təlimatçı və məsləhətçi var.

Son xəbərlər

Orphus sistemi