NATO İraqda iştirakını gücləndirəcək

NATO İraqda iştirakını gücləndirəcək Bunu qurumun baş katibi deyib
Digər ölkələr
5 Fevral , 2017 01:38
NATO İraqda iştirakını gücləndirəcək

Bakı. 5 fevral. REPORT.AZ/ NATO hərbçiləri İŞİD terror təşkilatı ilə mübarizə üçün İraqda iştirakını gücləndirəcək.

"Report" xəbər verir ki, bunu "Wall Street Journal" nəşrinə müsahibəsində Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, alyans missiyasının iştirakçıları İraq hərbçilərinin hazırlanmasını davam etdirəcək. Stoltenberq qeyd edib ki, NATO-nun yardımı öz hərbçilərini ora yerləşdirməkdən daha əhəmiyyətli olacaq.

Son xəbərlər

Orphus sistemi