NATO Əfqanıstandakı hərbçilərinin sayını 18 minə çatdıracaq

NATO Əfqanıstandakı hərbçilərinin sayını 18 minə çatdıracaq Yens Stoltenberq “Taliban”ı Əfqanıstan hakimiyyəti ilə danışıqlara başlamağa çağırıb
Digər ölkələr
15 Mart , 2018 17:57
NATO Əfqanıstandakı hərbçilərinin sayını 18 minə çatdıracaq

Bakı. 15 mart. REPORT.AZ/ NATO Əfqanıstandakı qeyri-döyüş missiyalı hərbçilərinin sayını, təxminən, 18 minədək artırır.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq martın 15-də Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

“Biz təlim hazırlığı üzrə missiyamızın sayını 18 min nəfərədək artırırıq”, - o vurğulayıb.

Y.Stoltenberq “Taliban”ı ölkədə silahlı münaqişəni dayandıraraq danışıqlara başlamaq haqqında Əfqanıstan hakimiyyətinin müraciətinə cavab verməyə çağırıb.

Qeyd edək ki, NATO-nun “Qətiyyətli dəstək” missiyası 2015-ci il yanvarın 1-dən Əfqanıstandadır. NATO ilə Əfqanıstan arasındakı ikitərəfli razılaşmaya əsasən, hazırda alyansın 12 min hərbçisi xidmət edir. Onlar Əfqanıstan güc strukturlarına təlim keçir və müşavirlik edir. Onların qeyri-döyüş missiyası yerinə yetirdiyi elan edilib. 

Xatırladaq ki, Azərbaycan 16 ildir Əfqanıstandakı missiyada iştirak edir və bu ölkənin, təxminən, 100 hərbçisi missiyaya töhfə verir. "Qətiyyətli dəstək" əməliyyatı (“Resolute Support Mission”) NATO-nun Əfqanıstanın hökumət qüvvələrinə təlimlər keçirilməsi və yardım göstərilməsi üzrə qeyri-döyüş missiyasıdır və onun icrasına 2015-ci il yanvarın 1-dən başlanılıb. Missiya Əfqanıstanda 2001-ci ildən fəaliyyət göstərən və 2014-cü il dekabrın 28-də başa çatan Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) əməliyyatını əvəz edib.

Son xəbərlər

Orphus sistemi