NATO dəyəri 1 milyard avro olan yeni mənzil-qərargahına köçəcək

NATO dəyəri 1 milyard avro olan yeni mənzil-qərargahına köçəcək NATO yeni mənzil-qərargahına rəsmən Brüssel sammiti zamanı köçəcək
Digər ölkələr
2 May , 2017 16:00
NATO dəyəri 1 milyard avro olan yeni mənzil-qərargahına köçəcək

Bakı. 2 may. REPORT.AZ/ NATO yeni mənzil-qərargahına rəsmən mayın 25-də, Brüsseldə Alyansa daxil ölkələrin dövlət və hökumət başçılarının sammiti zamanı köçəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Belçikanın Baş naziri Çarl Mişel ilə görüşünün yekununda təsdiq edib.

"Liderlərin may ayındakı görüşündə Belçika tərəfinin yeni mənzil-qərargahı Şimali Atlantika Alyansına verməsi ilə bağlı rəsmi mərasim keçiriləcək", - o bildirib.

NATO-nun yeni kompleksi Alyansın hazırkı qərargahından bir küçə aralıda yerləşir. Bu nəhəng yarımdairəvi şüşə bina 41 hektar sahəni əhatə edir. Onun ofis sahəsi 245 min kvadratmetrdir. Eyni anda bu bninada 4 mindən çox insan işləyəcək.

Bina enerjiyə qənaət, rabitə və kommunikasiyalar sahəsində yeni texnologiyalardan istifadə edilməklə, eləcə də qurğunun özünün fiziki müdafiəsi ilə inşa edilib. Onun layihə dəyəri 1 milyard avro təşkil edir.

NATO üçün yeni mənzil-qərargah tikilməsi barədə qərar 1999-cu ildə qəbul edilib, tikinti işlərinə isə 2010-cu ildə başlanılıb.

Son xəbərlər

Orphus sistemi