NATO-da Türkiyədəki zəlzələyə görə bayraqlar yarıya endirilib

NATO-da Türkiyədəki zəlzələyə görə bayraqlar yarıya endirilib NATO-da Türkiyədəki zəlzələyə görə bütün bayraqlar yarıya endirilib.
Digər ölkələr
7 Fevral , 2023 16:13
NATO-da Türkiyədəki zəlzələyə görə bayraqlar yarıya endirilib

NATO-da Türkiyədəki zəlzələyə görə bütün bayraqlar yarıya endirilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Alyansdakı nümayəndəliyindən bildirilib.

Qeyd olunub ki, bu, baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə xalqı və hakimiyyəti ilə həmrəylik əlamətidir.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik günlük matəm elan edib.

Son xəbərlər

Orphus sistemi