Yuxarı

NATO baş katibi: "Su-24 ilə bağlı insident yeni təhlükəsizlik qaydaları qəbul etməyə məcbur edir"

Reallıq belədir ki, Avropanın təhlükəsizliyi üzrə qaydalar məcmusu köhnəlib

Bakı. 26 noyabr. REPORT.AZ/ "Rusiyanın Su-24 təyyarəsi ilə bağlı insident yeni təhlükəsizlik qaydaları qəbul etməyə məcbur edir. Bu hadisə gələcəkdə oxşar halların baş verməməsi üçün qaydalardakı mexanizmi gücləndirmək zərurətini ortaya qoyub". "Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu fikirləri NATO baş katibi Yens Stoltenberq məqaləsində qələmə alıb.

"Reallıq belədir ki, Avropanın təhlükəsizliyi üzrə qaydalar məcmusu köhnəlib. Bu, yeni soyuq müharibə deyil, amma əlavə "siqnal"dır", - Stoltenberq hesab edir.

Baş katib qeyd edib ki, insident "sakitlik və diplomatiya" tələb edir və Avropada hərbi fəallığın şəffaflığı və proqnozlaşdırılmasının təmin olunması istiqamətində uzun illər mövcud olan razılaşmaların yenilənməsinin zəruriliyinə işarə edir. Üstəlik, Agentliyin məlumatına görə, NATO baş katibi Rusiyanı bu razılaşmaların bəzilərindən yayınmaqda və ya onlarda boşluqlar axtarmaqda ittiham edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi