NATO Baş katibi Yens Stoltenberq Rusiyanın son uğurunun səbəbini açıqlayıb.
“Report” xəbər verir ki, o, bu barədə xarici KİV-ə müsahibəsində deyib.
Y.Stoltenberq söyləyib ki, Rusiya İran və Şimali Koreyanın dəstəyini alaraq Avdeyevkanı ələ keçirə bildi: “Moskva daha çox qüvvə səfərbər etdi və hərbi istehsalı artırdı”.
Onun sözlərinə görə, Avdeyevkanın ələ keçirilməsi cəbhədəki vəziyyətə ciddi təsir etməyəcək: “Rusiyanın cüzi ərazi uğurları o deməkdir ki, bu dövlət kiçik qələbə üçün çoxlu əsgərini qurban verməyə hazırdır”.
Qeyd edək ki, Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu fevralın 17-də Avdeyevkanın tam ələ keçirilməsi barədə ölkə Prezidenti Vladimir Putinə məruzə edib. Ukrayna ordusunun məlumatına görə, Rusiya son əməliyyatda 50 minə yaxın itki verib.
Ağ Ev daha əvvəl məlumat yaymışdı ki, Avdeyevkanın tutulması Konqresin uğursuzluğunun nəticəsidir.