NATO Baş katibi: “Rusiyanın Donetsk və Luqanskı tanımasını pisləyirəm”
NATO Baş katibi: “Rusiyanın Donetsk və Luqanskı tanımasını pisləyirəm”“Mən Rusiyanın Ukraynada Donetsk və Luqanskı tanımasını pisləyirəm. Bu, münaqişənin həlli səylərini puç edir və Minsk razılaşmalarını pozur”.
“Mən Rusiyanın Ukraynada Donetsk və Luqanskı tanımasını pisləyirəm. Bu, münaqişənin həlli səylərini puç edir və Minsk razılaşmalarını pozur”.
“Report” xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq özünün tviterdəki hesabında yazıb.
“NATO Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz Moskvanı münaqişəni qızışdırmağı dayandırmağa və diplomatiyanı seçməyə çağırırıq”, - NATO rəhbəri əlavə edib.
Qeyd edək ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.
Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.
2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
I condemn #Russia recognition of Donetsk/Luhansk in #Ukraine. It erodes efforts to resolve the conflict & violates Minsk agreements. #NATO supports Ukraine sovereignty & territorial integrity. We urge Moscow to stop fuelling conflict & choose diplomacy. https://t.co/H4yczPG8XM