“İsveç və Finlandiya məsələsində Türkiyə ilə ortaq mövqeyə gələ biləcəyimizə inanıram”.
“Report” xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı narahatlığını ifadə edib. Bir həll yolu tapacağımıza inanıram. Türkiyə ilə diplomatik masa arxasına oturmalı və narahatlıqları aradan qaldırmalıyıq. Bunu bacaracağımıza inanıram”, - o söyləyib.