NATO Baş katibi gözlənilmədən Əfqanıstana səfərə gedib

NATO Baş katibi gözlənilmədən Əfqanıstana səfərə gedib Bakı. 6 noyabr. REPORT.AZ/ NATO Baş katibi Yens Stoltenberq Əfqanıstana əvvəlcədən elan edilməmiş səfərə yola düşüb.
Digər ölkələr
6 Noyabr , 2018 11:31
NATO Baş katibi gözlənilmədən Əfqanıstana səfərə gedib
0 : 00
0 : 00

Bakı. 6 noyabr. REPORT.AZ/ NATO Baş katibi Yens Stoltenberq Əfqanıstana əvvəlcədən elan edilməmiş səfərə yola düşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Alyansın nümayəndəsi Oana Lungesku "Twitter"də məlumat verib.

"Onu NATO Hərbi Komitəsinin rəhbəri Stüart Piç və NATO-nun Avropadakı Birləşmiş Qüvvələrin komandiri Körtis Skaparotti müşayiət edir", - o yazıb.

Məlumata görə, Y.Stoltenberq Əfqanıstan Prezidenti, hökumət üzvləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirmək niyyətindədir. Bundan əlavə, Baş katib NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasının komandanı Skott Miller, NATO-nun baş mülki nümayəndəsi Kornelius Tsimmerman və missiyanın hərbi qulluqçuları ilə görüşəcək.

Diplomatik mənbələrin məlumatına görə, NATO-nun Əfqanıstan hökuməti ilə müzakirə edəcəyi əsas mövzular NATO təlimçiləri və müşavirlərinin missiyasının mümkün genişləndirilməsi, "Taliban"la danışıqların perspektivləri və ildə, təxminən, 4 milyard dollardan çox tələb edən Əfqanıstan ordusunun xarici maliyyələşdirilməsi məsələləri olacaq.

Son xəbərlər

Orphus sistemi