​NATO Baltik dənizində irimiqyaslı təlimlər keçirəcək

​NATO Baltik dənizində irimiqyaslı təlimlər keçirəcək Təlimlərdə 5 min 600 əsgər iştirak edəcək
Digər ölkələr
5 İyun , 2015 01:30
​NATO Baltik dənizində irimiqyaslı təlimlər keçirəcək

Bakı. 05 İyun. REPORT.AZ/ NATO-nun 17 ölkəsinə məxsus gəmi və təyyarələr iyunun 5-dən 20-dək Baltik dənizində keçiriləcək irimiqaslı BALTOPS təlimlərində iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə alyansın mətbuat xidmətinin məlumatında bildirilir.

"Birgə təlimlərin keçirilməsində məqsəd NATO-nun Baltikyanı ölkələrini müdafiə etməkdə qərarlı olduğunu nümayiş etdirmək və birgə iş üçün müttəfiq və tərəfdaşların imkanlarını yüksəltməkdir", - deyə məlumatda qeyd olunur.

Təlimlərdə sualtı müharibə, hava hücumundan müdafiə, şübhəli təyyarə və gəmilərin ələ keçirilməsi üzrə tapşırıqlar məşq ediləcək.

Təlimlərdə ümumilikdə 49 gəmi, 61 təyyarə, bir sualtı qayıq və 5 min 600 əsgər iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi