Nasist canisi Kanadada vəfat edib

Nasist canisi Kanadada vəfat edib Keçmiş nasist ölüm dəstəsi üzvü, hərbi cani Helmut Oberlander Kanadanın Ontario əyalətinin Vaterloo şəhərində 98 yaşında vəfat edib.
Digər ölkələr
23 Sentyabr , 2021 19:33
Nasist canisi Kanadada vəfat edib
Helmut Oberlander

Keçmiş nasist ölüm dəstəsi üzvü, hərbi cani Helmut Oberlander Kanadanın Ontario əyalətinin Vaterloo şəhərində 98 yaşında vəfat edib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, vəkili Miqrasiya və Qaçqınlar İdarəsinə Oberlanderin Kanadada qalması, yaxud Almaniyaya göndərilməsinə dair dinləmənin təxirə salınması üçün müraciət etmişdi.

İkinci Dünya Müharibəsi dövründə Oberlander 1941-1943-cü illərdə əksəriyyəti yəhudilərdən ibarət iki milyondan artıq insanın ölümünə görə məsuliyyət daşıyan "Ek 10a" təşkilatında tərcüməçi işləyib.

Əslən Ukraynadan olan Oberlander ölüm hədə-qorxusu altında əsgər aparıldığını, özünün hər hansı qətllərdə əli olmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi