"Google" axtarış sistemində nasazlıq yaranıb

"Google" axtarış sistemində nasazlıq yaranıb Bakı. 10 yanvar. REPORT.AZ/ Dünyanın bir neçə ölkəsində Google axtarış sisteminin işində nasazlıq müşahidə edilib.
Digər ölkələr
10 Yanvar , 2019 04:54
Google axtarış sistemində nasazlıq yaranıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Dünyanın bir neçə ölkəsində "Google" axtarış sisteminin işində nasazlıq müşahidə edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən "Downdetector" xidməti bildirib.

"Google"nin fəaliyyətində problemlər ABŞ-ın şərq sahilində, yerli vaxtla saat 18:37-dən müşahidə olunub", – deyə xəbərdə bildirilir.

Nasazlıqlardan ən çox ABŞ istifadəçiləri şikayət ediblər. Problemlərlə həmçinin Braziliya, Peru, Böyük Britaniya, İspaniya, Rusiya, Türkiyə, Hindistan, Yaponiya və Avstraliyanın internet istifadəçiləri qarşılaşıblar.

Daha əvvəl "Google" şirkəti proqramın işində yaranmış problem nəticəsində "Google+" sosial şəbəkəsinin təqribən 500 min istifadəçisinin şəxsi məlumatının aşkara çıxdığını təsdiq edib.

Son xəbərlər

Orphus sistemi