Yuxarı

Narışkin: "Rusiya özünü təcrid etməyə imkan verməyəcək"

Rusiya özünü qlobal dünya iqtisadiyyatından kənarda düşünmür

Bakı. 11 fevral. REPORT.AZ/ Rusiya özünü təcrid etmək niyyətində deyil və heç kimə bunu etməyə imkan verməycək. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Sergey Narışkin "Neftin qiyməti və Rusiya iqtisadiyyatının yeni imkanları" mövzusunda keçirilən "Açıq tribuna" iclasında bildirib. 

"Əlbəttə, həm Rusiya, həm də dünya iqtisadiyyatında vəziyyət çox mürəkkəbdir və bunun obyektiv və subyektiv səbəbləri var", - RF parlamentin aşağı palatasının rəhbəri qeyd edib. 

"Lakin Rusiya özünü qlobal dünya iqtisadiyyatından kənarda düşünmür və təbii ki, özünü təcrid etmək niyyətində deyil və heç kimə bunu etməyə imkan verməycək", - S.Narışkin bəyan edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi