Namibiya prezidenti Xaqe Qeynqob ölkədə yaranmış quraqlıq səbəbindən fövqəladə vəziyyət elan edib.
"Report" xəbər verir ki, bu barədə liderin bəyanatında deyilir.
"Mən Namibiya respublikasının bütün regionlarında quraqlıq şəklində yaranmış təbii fəlakətlə əlaqədar olaraq fövqəladə vəziyyət rejimi elan edirəm", — deyə o bildirib.