Yuxarı
    Bağlamaq

    Naməlum şəxslər Türkiyənin Fransadakı Səfirliyinə hücum edib

    Səfirliyi hədəf seçən naməlum şəxslər diplomatik binaya molotov kokteyli atıblar

    Bakı. 4 noyabr. REPORT.AZ/ Bir qrup şəxs Türkiyə Cümhuriyyətinin Fransanın paytaxtı Paris şəhərindəki səfirliyinə hücum edib.

    "Report"un məlumatına görə, bu barədə "Haber7.com" xəbər verib.

    Məlumata görə, hadisə dünən gecə saatlarında baş verib. Səfirliyi hədəf seçən naməlum şəxslər diplomatik binaya molotov kokteyli atıblar. Nəticədə binaya az miqdarda ziyan dəyib.

    Hadisə ilə əlaqədar ərazi polis tərəfindən mühasirəyə alınıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi