Bakı. 16 yanvar. REPORT.AZ/ Paris şəhərinin ətrafında yerləşən Kolombdakı poçt şöbəsində bir neçə nəfəri girov götürən naməlum şəxs polis tərəfindən saxlanılıb.
Bu barədə "Report" "France Presse" agentliyinə istinadən məlumat verir.
Əməliyyatın təfərrüatı haqda məlumat verilmir.
İlk xəbər 16:35-də verilib
Parisin şimal-qərbində yerləşən Kolomb rayonunda naməlum şəxs poçt şöbəsinə basqın edərək bir neçə nəfəri girov götürüb.
"Report" bu barədə xarici informasiya vasitələrinə istinadən xəbər verir.
Hadisə haqda ətraflı məlumat verilmir.
Xəbərədə bildirilib ki, polis bu hadisəni terror aktı kimi qiymətləndirməyib.
Basqınçının sözlərinə görə, onda "Kalaşnikov" avtomatı, tapança və bir neçə qumbara var.