Naməlum şəxslər Krım məscidində "Qurani-Kərim"in nüsxələrini cırıblar

Naməlum şəxslər Krım məscidində "Qurani-Kərim"in nüsxələrini cırıblar Faktla bağlı cinayət işi başlanılıb
Digər ölkələr
4 May , 2017 13:54
Naməlum şəxslər Krım məscidində Qurani-Kərimin nüsxələrini cırıblar
Getty

Bakı. 4 may. REPORT.AZ/ Krım Müsəlmanları Ruhani İdarəsi (KMRİ) Baxçasaray şəhərində yerləşən məsciddə vandalizm aktının törədildiyi barədə məlumat yayıb. 

"Report" TASS-a istinadən xəbər verir ki, naməlum şəxslər məscidin qapısını qıraraq içəri daxil olublar. 

KMRİ-dan bildirilib ki, həmin şəxslər rəflərdən "Qurani-Kərim"in nüsxələrini götürüblər, onları parçalayıb yandırmağa cəhd ediblər: "Amma adamların namaz qılmağa gəldiyini görüncə onlar naməlum istiqamətdə qaçıblar".

Polis vandalizm faktını təsdiqləyib, faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi