Naməlum şəxslər Kölndə əcnəbilərə hücum edib

Naməlum şəxslər Kölndə əcnəbilərə hücum edib Təcavüzkarlar şəhərdə 20 nəfərlik qrup halında hərəkət edib
Digər ölkələr
11 Yanvar , 2016 13:02
Naməlum şəxslər Kölndə əcnəbilərə hücum edib

Bakı. 11 yanvar. REPORT.AZ/ Naməlum şəxslər bazar günü gecə saatlarında Kölndə 7 əcnəbiyə hücum edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, yerli polis təcavüzkarların şəhərdə 20 nəfərlik qrup halında hərəkət etdiyini bildirib. Onlar əvvəlcə mərkəzi vağzalın yaxınlığında 6 pakistanlıya hücum edib. Bundan sonra ictimai asayişi pozanlar qruplara bölünüb və 5 nəfərlik qrup bir suriyalıya hücum edib.

Xatırladaq ki, bundan öncə KİV-də Yeni il qabağı Kölndə mərkəzi vağzalın yaxınlığındakı meydanda əsasını miqrantların təşkil etdiyi minə yaxın gəncin ictimai asayişi pozduğu, polisə 500-ə yaxın şikayət ərizəsinin daxil olduğu barədə məlumat yayılmışdı. Hətta qadınların sataşma, təhqir etmə, qarət etmə və təcavüzə məruz qaldığı bildirilmişdi.

İndi istintaq əcnəbilərə hücumların bu olayla bağlılığını da araşdırır.

Son xəbərlər

Orphus sistemi