​Naməlum şəxslər Fransanın şimalında qaçqın düşərgəsini yandırıblar

​Naməlum şəxslər Fransanın şimalında qaçqın düşərgəsini yandırıblar Bu, Parisdə silsilə terror aktlarından sonra baş verib
Digər ölkələr
14 Noyabr , 2015 05:29
​Naməlum şəxslər Fransanın şimalında qaçqın düşərgəsini yandırıblar

Bakı. 14 noyabr. REPORT.AZ/ Naməlum şəxslər Fransanın şimalında qaçqın düşərgəsini yandırıblar.

"Report" xəbər verir ki, hadisə Kale şəhərində Parisdəki silsilə terror aktlarından sonra törədilib.

Əldə olunan məlumatlara görə, Kaledə Afrika və Yaxın Şərq ölkələrindən 6 minə yaxın qaçqın var. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Noyabrın 13-də Parisdə silsilə terror aktları törədilib. Son məlumatlara görə, 150-dən çox insan ölüb. Baş verənlərə görə məsuliyyəti "İraq-Şam İslam Dövləti" terror qruplaşması öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi