ABŞ-da naməlum şəxsə görə Ağ evə giriş-çıxış bağlanıb

ABŞ-da naməlum şəxsə görə Ağ evə giriş-çıxış bağlanıb İnsident Ərdoğan binanı tərk etdikdən sonra baş verib
Digər ölkələr
17 May , 2017 01:15
ABŞ-da naməlum şəxsə görə Ağ evə giriş-çıxış bağlanıb

Bakı. 17 may. REPORT.AZ/ ABŞ-da naməlum şəxsin hasardan tullanaraq Ağ evin həyətinə daxil olması səbəbindən binaya giriş-çıxış bağlanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, insident barədə ABŞ-ın məxfi xidməti öz "Twitter" səhifəsində yazıb.

Sözügedən şəxsin saxlanıldığı qeyd olunur.

Agentliyin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri ilə əlaqədar Ağ evdə təhlükəsizlik tədbirləri gücləndirilib. Eyni zamanda bildirilir ki, insident Ərdoğan binanı tərk etdikdən sonra baş verib.

Son xəbərlər

Orphus sistemi