Yuxarı
    Bağlamaq

    Naməlum şəxs Tailandda hökumət evinin ərazisində 5 partlayış təşkil edib

    Polislərin naməlum şəxsi saxlayıb-saxlamamaları hələlik məlum deyil

    Bakı. 27 dekabr. REPORT.AZ/ Naməlum şəxs çərşənbə axşamı səhər Tailandın hökumətinin evinin ərazisinə daxil olaraq oradakı poçt şöbəsinin damına çıxıb. Bundan sonra isə yerə pinq-ponq oyununun topları formasında beş pirotexniki vasitə atıb.

    "Report" xəbər verir ki, bu barədə "Nation"qəzetinin internet-versiyası bildirir.

    Nəşrin qeyd etdiyi kimi, hadisə hökumət aparatının əməkdaşları arasında qısa müddətli təlaşa səbəb olub. Bina Tailandın hökuməti evinin kompleksini təşkil edir. Burada nazirlər kabineti və hökumət aparatı işləyir.

    Hökumətin evinin mühafizəsini təşkil edən polislərin naməlum şəxsi saxlayıb-saxlamamaları hələlik məlum deyil. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi