Bakı. 22 iyul. REPORT.AZ/ Odessa polisinə Rusiyanın bu şəhərdəki baş konsulluğuna və "Sberbank"ın iki filialına bomba qoyulduğu barədə məlumat daxil olub.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, partlayıcı qurğular barədə polisə şəhərin naməlum sakini məlumat verib.
Qeyd olunur ki, hadisə yerinə istintaq-əməliyyat qrupu və bütün müvafiq xidmətlərin mütəxəssisləri gəliblər.