Naməlum şəxs özünü Konqres binasının önündə öldürüb

Naməlum şəxs özünü Konqres binasının önündə öldürüb İnsident paytaxtın turistlərlə dolu olduğu Milli Sakura Festivalı zamanına təsadüf edir
Digər ölkələr
12 Aprel , 2015 10:04
Naməlum şəxs özünü Konqres binasının önündə öldürüb

Bakı. 12 aprel. REPORT.AZ/ ABŞ-ın Kapitoli binası qarşısında bir kişinin özünü güllə ilə vurub öldürməsindən sonra binaya giriş bağlanıb. Bu barədə "Report" Amerikanın Səsinə istinadən xəbərə verir.

Kapitoli polisinin sözçüsü Kimberli Şneyder şübhəli şəxsin zərərsizləşdirildiyini bildirib. Bunu deyərkən o, həmin şəxsin özünü güllələməsini nəzərdə tutub.

Rəsminin sözlərinə görə, polis həmçinin Kapitoli binasının terraslarının birində aşkar edilən şübhəli bağlamanı araşdırır.

İnsident paytaxtın turistlərlə dolu olduğu Milli Sakura Festivalı zamanına təsadüf edir. Ancaq Pasxa tətili səbəbilə konqresmenlər ərazidə olmayıb. Konqres işini gələn həftənin bazar ertəsi bərpa etməlidir.

Son xəbərlər

Orphus sistemi