Bakı. 20 oktyabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabulda naməlum şəxs iki ABŞ məsləhətçisini öldürüb.
"Report" xəbər verir ki, bu barədə "BBC" ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə yerli vaxtla səhər saat 11 darələrində, NATO bazasında baş verib. Silahlı insident zamanı həmçinin 3 amerikalı yaralanıb.
Əsgərlər cavab atəşi açaraq naməlum şəxsi öldürüblər.
Əfqanıstanda NATO-nun rəhbərliyi altında 13 min hərbçi var.