Bakı. 28 oktyabr. REPORT.AZ/ Naməlum şəxs ABŞ-ın Keniyadakı səfirliyinin binası yaxınlığında əlindəki bıçaqla polisə hücum edib.
"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər yayıb.
Məlumatda bildirilir ki, hadisə paytaxt Nayrobidə baş verib. Polisə hücum etmiş şəxs asayiş keşikçiləri tərəfindən öldürülüb.
Hücumun motivləri məlum deyil. Lakin Keniya poisi insidentin sırf kriminal xarakter daşıdığını bildirib.
Hadisə zamanı polis işçiləri, habelə ABŞ-ın bu ölkədəki səfirliyinin əməkdaşları arasında xəsarət alan olmayıb.