Myanmarda avtobus qəzası baş verib, 22 nəfər ölüb

Myanmarda avtobus qəzası baş verib, 22 nəfər ölüb Myanmarın şimalındakı Karen ştatı ərazisində, Tailand sərhədi yaxınlığındakı dağlıq bölgədə avtobusla avtomobilin toqquşması nəticəsində 22 nəfər ölüb, 10 nəfər də xəsarət alıb.
Digər ölkələr
3 yanvar 2020 13:58
Myanmarda avtobus qəzası baş verib, 22 nəfər ölüb

Myanmarın şimalındakı Karen ştatı ərazisində, Tailand sərhədi yaxınlığındakı dağlıq bölgədə avtobusla avtomobilin toqquşması nəticəsində 22 nəfər ölüb, 10 nəfər də xəsarət alıb. 

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında paytaxt Yanqon tərəfdən gələn sərnişin avtobusu əyləcindəki nasazlıq ucbatından qarşıdan gələn avtomobilə çırpıldıqdan sonra sərt yamacdan dərəyə yuvarlanıb. Hadisə nəticəsində avtobusda olan 15 nəfər, avtomobildə olanların isə hamısı həlak olub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Digər mənbələr isə 19 nəfərin öldüyünü, 30-dan çox insanın xəsarət aldığını bildirib.

Son xəbərlər

Orphus sistemi