Yuxarı

Myanma sahillərində bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb - YENİLƏNİB

Azı 12 nəfər itkin düşmüş hesab olunur

Bakı. 14 mart. REPORT.AZ/ Myanma sahillərində bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb. 

"Report"un "France Press"ə istinadən verdiyi məlumata görə, onlardan 4-ü kişi, 29-u isə qadındır.  Azı 12 nəfər itkin düşmüş hesab olunur. 

İlk xəbər 10:53-də dərc olunub

Myanma sahillərində bərənin qəzaya uğraması nəticəsində ən azı 21 nəfər ölüb, 26 nəfər itkin düşüb. "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə martın 13-də axşam saatlarında baş verib. 

Məlumatda bildirilib ki, göyərtəsində 200-dən çox sərnişin olan "Aung Takon" bərəsi Kyokpyu şəhərindən ölkənin qərbində yerləşən Rakhayn ştatının paytaxtı Situe şəhərinə hərəkət edirmiş. 

İndiyədək 167 nəfəri xilas etmək mümkün olub.

"21 nəfərin həlak olduğu bizə məlumdur. Onlardan ikisi kişi, 19-u qadındır", -  Myanma hüquq-mühafizə orqanlarının əməkdaşı "Frans Press" agentliyinə bildirib.

Hadisənin səbəbləri barədə hələlik məlumat verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi