Myanmanın Rohingya mücahidləri atəşkəs elan ediblər

Myanmanın Rohingya mücahidləri atəşkəs elan ediblər Onların bəyanatı "Twitter" sosial şəbəkəsində dərc olunub
Digər ölkələr
10 Sentyabr , 2017 01:56
Myanmanın Rohingya mücahidləri atəşkəs elan ediblər

Bakı. 10 sentyabr. REPORT.AZ/ Myanmada "Rohingiyanın xilas edilməsi üzrə Arakan ordusu" qruplaşmasının (ARSA) yaraqlıları birtərəfli qaydada bir ay müddətinə atəşkəs elan etdiklərini bildiriblər.

"Report" xəbər verir ki, bu barədə hərəkat iştirakçılarının bəyanatı "Twitter" sosial şəbəkəsində dərc olunub.

"ARSA atəşkəs dövründə təkidlə bütün maraqlı tərəfləri etnik və dini mənsubiyyətindən asılı olmayaraq humanitar böhran qurbanlarına humanitar yardım göstərilməsini bərpa etməyə çağırır", — deyə qruplaşmanın məlumatında bildirilir.

Rakhayn ştatında rohincalılarla birmalılar arasında münaqişə ölkədə demokratik islahatlardan sonra başlayıb. Təhlükəsizlik qüvvələri ştat ərazisində əvvəllər polis məntəqələri və ordu kazarmalarına planlaşdırılmış hücumlar təşkil edən Rohinca xalqından olan müsəlman silahlılara qarşı əməliyyat aparır.

Son xəbərlər

Orphus sistemi