Myanmada yayılan naməlum xəstəlikdən 7 nəfər ölüb

Myanmada yayılan naməlum xəstəlikdən 7 nəfər ölüb Bakı. 11 sentyabr. REPORT.AZ/ Myanmada naməlum xəstəlik yayılıb.
Digər ölkələr
11 Sentyabr , 2018 08:45
Myanmada yayılan naməlum xəstəlikdən 7 nəfər ölüb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Myanmada naməlum xəstəlik yayılıb.

"Report" xəbər verir ki, bu barədə "Global New Light of Mianmar" qəzeti xəbər verib.

Xəbərdə bildirilir ki, avqustda yayılmağa başlayan xəstəlik 7 nəfərin həyatına son qoyub. Onun əlamətləri öskürək, çətin nəfəsalma, yüksək hərarət və gözlərin qızarmasıdır.

Məlumata görə, xəstəliyin yayıldığı kənddə 600 sakin yaşayır. Əraziyə həkim briqadası göndərilib.

Ölkənin Səhiyyə Nazirliyi xəstəliyin müəyyən edilməsi ilə bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi