​Myanmada qayıq batıb, 9-u uşaq olmaqla 21 nəfər ölüb

​Myanmada qayıq batıb, 9-u uşaq olmaqla 21 nəfər ölüb Qayıq Rakxayn ştatı sahillərində çevrilib
Digər ölkələr
20 Aprel , 2016 00:09
​Myanmada qayıq batıb, 9-u uşaq olmaqla 21 nəfər ölüb

Bakı. 20 aprel. REPORT.AZ/ Myanma sahillərində qayığın qəzaya uğraması nəticəsində uşaqlar da daxil olmaqla 20 nəfərdən çox insan ölüb.

"Report" xəbər verir ki, bu barədə BMT-nin bu ölkədəki Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə İdarəsinin nümayəndəsi Pyerr Perona istinadən "Frans Press" məlumat yayıb.

Məlumata görə, göyərtəsində təqribən 60 nəfərin olduğu qayıq çərşənbə axşamı Rakxayn ştatı sahillərində çevrilib.

Nəticədə 9-u uşaq olmaqla ən azı 21 nəfər ölüb. Qayıqdakıların bir çoxları itkin düşüb.

"Sərnişinlərin əksəriyyəti Sin Tet Mo düşərgəsindən gələn məcburi köçkünlər olub", — deyə Peron bildirib. O qeyd edib ki, sərnişinlər alış-veriş üçün Situe şəhərinə gedirlərmiş.

Son xəbərlər

Orphus sistemi