Myanmada polislər dəfndəki şəxslərə atəş açıb

Myanmada polislər dəfndəki şəxslərə atəş açıb Polis dəfn mərasiminə basqın edib
Digər ölkələr
28 Mart , 2021 19:49
Myanmada polislər dəfndəki şəxslərə atəş açıb

Myanmada polis hərbi çevrilişə və seçilmiş hökumət üzvlərinin tutulmasına qarşı keçirilən etiraz aksiyasında həlak olan şəxsin dəfn mərasiminə basqın edib.

Bu barədə “Report” “The Guardian” nəşrinə istinadən xəbər verir.

Bildirilib ki, polislər oradakı şəxslərə atəş açıb. Mərasimdə ölən və yaralananın olması barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, fevralın 1-dən hərbi xuntaya qarşı etiraz aksiyalarının iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində öldürülənlərin sayı artaraq 388 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi