Yuxarı

Myanmada polislə cinayətkarlar arasında atışma baş verib: 12 ölü

Cinayətkarlar hücum zamanı odlu və soyuq silahlardan istifadə ediblər

Bakı. 12 oktyabr. REPORT.AZ/ Myanmanın qərbindəki Rakhayn ştatında asayiş keşikçiləri ilə silahlılar arasında baş vermiş toqquşmada 12 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "France Presse" məlumat yayıb.

Məlumata görə, 200-dən çox silahlı polis bölməsinə hücum edib. Cinayətkarlar hücum zamanı odlu və soyuq silahlardan istifadə ediblər.

Asayiş keşikçiləri ağır döyüşdən sonra silahlıların hücumunu dəf edə və onları qaçmağa məcbur edə biliblər. Bu zaman polis əməkdaşlarından 5-i yaralanıb, 1-i itkin düşüb.

Hüquq-mühafizə orqanları əməkdaşları cinayətkarların 2-i əsir götürüblər. Yerli dövlət strukturları ərazidə komendant saatı tətbiq edib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi