Myanmada polis avtomobillə nümayişçiləri vurub, ölənlər var

Myanmada polis avtomobillə nümayişçiləri vurub, ölənlər var Myanmanın Yanqon şəhərində polis avtomobilinin nümayişə qalxan kütləni vurması nəticəsində azı 5 nəfər həlak olub.
Digər ölkələr
5 Dekabr , 2021 15:35
Myanmada polis avtomobillə nümayişçiləri vurub, ölənlər var

Myanmanın Yanqon şəhərində polisin avtomobili nümayişə qalxan kütlənin üzərinə sürməsi nəticəsində azı 5 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Myanmar Now" məlumat yayıb.

Məlumata görə, insident nəticəsində onlarla insan yaralanıb. Azı 15 etirazçı həbs edilib.

Qeyd edək ki, 2021-ci il fevralın 1-də Myanma ordusu bir illik fövqəladə vəziyyət elan edib və ölkə rəhbərliyinin, o cümlədən prezident Vin Myin istefasını elan edib. Fevralın əvvəlindən ölkədə mülki hökumətin yerdəyişməsinə qarşı etirazlar davam edir.

Son xəbərlər

Orphus sistemi