Myanmada öldürülənlərin sayı 730 nəfəri ötdü

Myanmada öldürülənlərin sayı 730 nəfəri ötdü Aksiyaların 3 229 iştirakçısı hələ də həbsxanalarda saxlanılır
Digər ölkələr
19 Aprel , 2021 04:27
Myanmada öldürülənlərin sayı 730 nəfəri ötdü

Myanmada təhlükəsizlik qüvvələrinin əməkdaşlarının hərbi xuntaya və qanuni hökumətin üzvlərinin həbsinə qarşı keçirilən etiraz aksiyasına müdaxiləsi nəticəsində həlak olanların sayı 737 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Assosiasiyasının (AAPP) gündəlik məruzəsində bildirilir.

Qeyd edilir ki, aksiyaların 3 229 iştirakçısı hələ də həbsxanalarda saxlanılır. Onlardan 75-i barəsində həbs qərarı çıxarılıb.

Bildirilir ki, daha 930 nümayişçi barəsində həbs qərarı qəbul edilib, onlardan 20-si edam cəzasına məhkum edilib.

Xatırladaq ki, fevralın 1-də Myanmada ordu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini elan edib. Hazırda ölkədə hakimiyyət Myanma Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Min Aun Xlaynın əlindədir. Hərbçilər bildiriblər ki, çevriliş 8 noyabr 2020-ci ildə keçirilən seçkilərdə kütləvi saxtakarlıq ittihamlarına cavab olub.

Çevrilişin ardınca Myanmada fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə il ərzində hərbi xunta hakimiyyətdə olacaq.

Son xəbərlər

Orphus sistemi