​Myanmada hərbi təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb

​Myanmada hərbi təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb Hadisənin başvermə səbəbləri araşdırılır
Digər ölkələr
10 Fevral , 2016 10:19
​Myanmada hərbi təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb

Bakı. 10 fevral. REPORT.AZ/ Myanmanın paytaxtı Neypido şəhərindən havaya qalxan hərbi təyyarənin qəzaya uğraması nəticəsində göyərtədəki 5 nəfərdən 4-ü ölüb. 

"Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.

Məlumata görə, təyyarə havaya qalxandan bir neçə dəqiqə sonra qəza baş verib və yanğın olub. Təyyarənin göyərtəsində 5 nəfər olub, biri sağ qalıb, 4-ü isə ölüb.

Qəza baş verən ərazidə xilasetmə işləri aparılır. Hadisənin başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi