​Myanmada gəmi batıb, 6 nəfər ölüb

​Myanmada gəmi batıb, 6 nəfər ölüb Gəminin göyərtəsində 65 nəfər olub
Digər ölkələr
2 Noyabr , 2015 07:43
​Myanmada gəmi batıb, 6 nəfər ölüb

Bakı. 2 noyabr. REPORT.AZ/ Myanmada gəminin qəzaya uğraması nəticəsində ən azı 6 nəfər ölüb, daha 6 nəfər isə itkin düşüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, gəmi bazar günü Çinduin çayında batıb.

Onun göyərtəsində 65 nəfər olub. Gəmi Mounyu şəhərindən Xomalin yaşayış məntəqəsinə doğru hərəkət edirmiş.

Hazırda faciə yerində xilasedicilər işləyir. Qəzanın səbəbi hələ ki, məlum deyil.

Son xəbərlər

Orphus sistemi