Yuxarı

Myanmada 66 ildən sonra fövqəladə vəziyyət rejimi ləğv edilib

Bu rejim 1950-ci ildə Britaniyanın müstəmləkəsindən azad olduqdan sonra tətbiq olunub

Bakı. 5 oktyabr. REPORT.AZ/ Myanmada 66 ildən sonra fövqəladə vəziyyət rejimi ləğv edilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Txin Çjo qərar imzalayıb.

Qeyd edək ki, 1950-ci ildə Böyük Britaniyanın müstəmləkəsindən azad olduqdan sonra Myanmada (o vaxtlar Birma adlanırdı) fövqəladə vəziyyət rejimi tətbiq edilib. Həmin rejimə əsasən, dövlətə xəyanət edənlər edam olunurdu, cəmiyyətin mənəviyyatını pozan yanlış informasiya yayanlar isə uzun müddətə azadlıqdan məhrum edilirdi.

Xatırladaq ki, 2015-ci ildə parlament seçkilərində qalib gəlmiş Demokratiya uğrunda Milli Liqanın nümayəndəsi Txin Çjo 2016-cı il martın 30-dan ölkənin prezidentidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi