Myanmada 200-dən çox etirazçı öldürülüb

Myanmada 200-dən çox etirazçı öldürülüb Myanmada hərbi rejim əleyhinə etiraz aksiyaları davam edir
Digər ölkələr
20 Mart , 2021 03:17
Myanmada 200-dən çox etirazçı öldürülüb

Myanmada fevralın 1-dən hərbi rejim əleyhinə keçirilən etiraz yürüşlərində iştirak edənlərə qarşı polis və hərbçilərin açdığı atəş nəticəsində 200-dən çox aksiyaçı həyatını itirib.

“Report”un məlumatına görə, bunu BMT-nin Myanmadakı humanitar koordinatoru Endryu Kirkvud keçirdiyi video brifinqdə bildirib.

“Əldə etdiyimiz məlumata görə, son yeddi həftə ərzində azı 211 nəfər, bəlkə də daha çox adam öldürülüb. Onların arasında azı 15 uşaq var. 2,4 min nəfər saxlanılıb. Onların bəziləri zorakılığa məruz qalıb”-deyə, BMT rəsmisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi