​Myanmada 13 nəfər torpaq sürüşməsinin qurbanı olub

​Myanmada 13 nəfər torpaq sürüşməsinin qurbanı olub Ötən ilin payızında həmin yerdə baş verən torpaq sürüşməsi nəticəsində yüzdən çox insan ölmüşdü
Digər ölkələr
6 May , 2016 15:13
​Myanmada 13 nəfər torpaq sürüşməsinin qurbanı olub

Bakı. 6 may. REPORT.AZ/ Myanmanın şimalında, Xpakan şəhəri yaxınlığındakı nefrit şaxtasının yanında torpaq sürüşməsi nəticəsində azı 13 nəfər həyatını itirib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bunu Xpakan şəhər xəstəxanasının həkimi Say Nyunt Lvin bildirib.

Onun sözlərinə görə, daha bir neçə nəfərin dağıntı altında qaldığı ehtimal edilir.

Qeyd edək ki, 2015-ci ilin noyabrında həmin yerdə baş verən torpaq sürüşməsi nəticəsində yüzdən çox insan ölmüş, 70-ə yaxın bina uçqun altında qalmışdı. 

Son xəbərlər

Orphus sistemi