Myanma ordusu: Hökumət qüvvələri ilə müsəlmanların qarşıdurmasında 400-ə yaxın insan ölüb

Myanma ordusu: Hökumət qüvvələri ilə müsəlmanların qarşıdurmasında 400-ə yaxın insan ölüb Tərəflər arasında silahlı toqquşma indiyədək davam edir
Digər ölkələr
1 Sentyabr , 2017 10:53
Myanma ordusu: Hökumət qüvvələri ilə müsəlmanların qarşıdurmasında 400-ə yaxın insan ölüb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Myanma ordusu bir həftə əvvəl hökumət qüvvələri ilə rohincə müsəlmanları arasında başlayan qarşıdurmalar zamanı təqribən 400 insanın öldüyünü bildirib.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, tərəflər arasında silahlı toqquşma indiyədək davam edir.

Bundan əvvəl 100 nəfərin öldüyü bildirilirdi.

Myanma ordusunun bəyanatında deyilir ki, avqustun 25-dən indiyədək 90 silahlı toqquşma baş verib. Bunun nəticəsində 370 qiyamçı məhv edilib.

Hökumət qüvvələri arasında itkilərin sayı 15 nəfərdir. 

Son xəbərlər

Orphus sistemi