​Myanma minlərlə qaçqın müsəlmana görə məsuliyyət daşımadığını bəyan edib

​Myanma minlərlə qaçqın müsəlmana görə məsuliyyət daşımadığını bəyan edib "Biz ölkənin problemin mənbəyi olması ilə bağlı bəyanatlarla razı deyilik"
Digər ölkələr
17 May , 2015 09:39
​Myanma minlərlə qaçqın müsəlmana görə məsuliyyət daşımadığını bəyan edib

Bakı. 17 may. REPORT.AZ/ Myanma hakimiyyəti dənizdə həlak olan müsəlmanların Rohingya əyalətindən qaçqın düşməsinə görə məsuliyyəti öz üzərinə götürməkdən imtina edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, 2 mindən artıq insan qayıqlarla hakimiyyətin təqibindən qaçaraq Tayland, Malayziya və İndoneziya sahillərinə üz tutub.

Tailandda mayın sonlarında Myanmadan qaçqın axını ilə bağlı vəziyyətin müzakirəsi üçün konfrans çağırılacaq.

"Biz miqrant problemini inkar etmirik, lakin ölkə rəhbərliyi hansı məsələlərin müzakirə olunacağı əsasında miqrantların problemi ilə bağlı konfransda iştirak barədə qərar qəbul edəcək. Biz Myanmanın problemin mənbəyi olması ilə bağlı səslənən bəzi bəyanatlarla razı deyilik", - deyə Myanma prezidentinin nümayəndəsi bildirib.

Son xəbərlər

Orphus sistemi