Myanma məhkəməsi müsəlman rohincaların problemindən yazan jurnalistlərin həbs müddətini uzadıb

Myanma məhkəməsi müsəlman rohincaların problemindən yazan jurnalistlərin həbs müddətini uzadıb Bakı. 27 dekabr. REPORT.AZ/ Myanmada müsəlman rohincaların problemindən yazan jurnalistlərin həbs müddəti uzadılıb. 
Digər ölkələr
27 Dekabr , 2017 12:05
Myanma məhkəməsi müsəlman rohincaların problemindən yazan jurnalistlərin həbs müddətini uzadıb
AFP 2017 / Soe Moe Aung

Bakı. 27 dekabr. REPORT.AZ/ Myanmada müsəlman rohincaların problemindən yazan jurnalistlərin həbs müddəti uzadılıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "Reuters" agentliyinin jurnalistlərinin həbs müddətinin daha iki həftə uzadılması ilə bağlı hökm çıxarılıb.

Xatırladaq ki, jurnalistlər Ko Va Lon və Ko Kya So Oo dekabrın 12-də Myanmanın ən böyük şəhəri olan Yanqonda saxlanılıb. Polis onların üzərində axtarış edən zaman iki hərbi hesabat və Rakhayn ştatının hazırda münaqişənin cərəyan etdiyi bölgəsinin xəritəsini aşkar edib. Bu səbəbdən onlar hərbi sənədlərin qeyri-qanuni saxlanmasında şübhəli bilinirlər. Bu maddə üzrə maksimum cəza 14 il həbs cəzasıdır.

Rakhayn ştatında dini zəmində dəfələrlə müsəlmanlarla yerli buddistlər arasında qarşıdurmalar yaşanıb.

Avqustun 25-də ştatda münaqişənin son alovlanmasından sonra təxminən 613 min müsəlman rohincalı Myanmada zorakılıqdan qaçıb qurtulmaq üçün Banqladeşə gedib. 

Son xəbərlər

Orphus sistemi