Myanma hökuməti BMT-nin müsəlmanlara humanitar yardım çatdırmasına icazə verməyib

Myanma hökuməti BMT-nin müsəlmanlara humanitar yardım çatdırmasına icazə verməyib Stefane Dujarric avqustun 25-dən indiyədək Myanmadan Banqladeşə 415 min nəfərin sığındığını vurğulayıb
Digər ölkələr
19 Sentyabr , 2017 12:31
Myanma hökuməti BMT-nin müsəlmanlara humanitar yardım çatdırmasına icazə verməyib
Flickr/ UN Geneva

Bakı. 19 sentyabr. REPORT.AZ/ Myanma hökuməti Arakanda müsəlmanlara humanitar yardım aparılmasına icazə vermir.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefane Dujarric gündəlik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, BMT Myanma hökumətindən Arakan əhalisinə humanitar yardım aparılması ilə bağlı icazə istəyib: “Hökumət BMT-nin istəyini təmin etmədi. Myanmada hadisə baş verən bölgədə 300 min insanın qidaya, 170 min nəfərin tibbi xidmətə, 55 min hamilə qadının isə əlavə qidalanmaya ciddi ehtiyacı var”

BMT-nin sözçüsü deyib ki, onlar icazə verilmədiyindən hadisə baş verən bölgələrə də girə və ora ilə bağlı xəbərləri də təsdiqləyə bilmirlər. 

S.Dujarric avqutsun 25-dən indiyədək Myanmadan Banqladeşə 415 min nəfərin sığındığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi