Myanma hökuməti bir həftə ərzində Arakan ştatında 16 məscid söküb

Myanma hökuməti bir həftə ərzində Arakan ştatında 16 məscid söküb Yerli sakinlər qalan yeganə məscidin aqibətinin də əvvəlkilər kimi olacağından qorxurlar
Digər ölkələr
12 Dekabr , 2017 12:56
Myanma hökuməti bir həftə ərzində Arakan ştatında 16 məscid söküb
Anadolu

Bakı. 12 dekabr. REPORT.AZ/ Myanma hökuməti müsəlman rohincaların kompakt şəkildə yaşadığı Arakan ştatında 16 məscid söküb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, ştatın Maunqdao bölgəsindəki 17 məsciddən 16-sı cəmi bir həftə içində sökülüb.

Yerli sakinlər qalan yeganə məscidin aqibətinin də əvvəlkilər kimi olacağından qorxurlar.

Bu arada Myanmanın təhlükəsizlik qüvvələri Yeni Napura kəndində rohinca müsəlmanlarına məxsus 4 evi yandırıb.

Son xəbərlər

Orphus sistemi