Mustafa Şentop yenidən Türkiyə parlamentinin sədri seçilib

Mustafa Şentop yenidən Türkiyə parlamentinin sədri seçilib Mustafa Şentop iyulun 7-də yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.
Digər ölkələr
292
7 İyul , 2020 20:52
Mustafa Şentop yenidən Türkiyə parlamentinin sədri seçilib

Mustafa Şentop iyulun 7-də yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

"Report" bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Parlamentdə təşkil olunan səsvermədə beş namizəd mübarizə aparıb.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) tərəfindən Mustafa Şentop vahid namizəd olaraq irəli sürüb. O, 328 səslə Türkiyə Böyük Millət Məclisinin sədri seçilib. M.Şentopun parlament üzvləri qarşısında təbrik çıxışı dinlənilib.